Kamran Nəbizadə hakimlərlə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə "ASK Arena"da Texniki Komitənin üzvləri, ağırlıqqaldırma üzrə digər beynəlxalq dərəcəli hakimlər və mütəxəssislərlə görüş keçirib. Qurumun mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, iştirakçıları salamlayan federasiya prezidenti hakimlərin ağırlıqqaldırma ictimaiyyətinin vacib üzvlərindən biri olduqlarını qeyd edib. O, bildirib ki, idmançı və məşqçilərlə yanaşı, onlar da beynəlxalq arenada ölkəmizi təmsil edirlər və bu səbəbdən də bu sahəyə diqqətin artırılması mütləqdir. Nəbizadə federasiyanın bu istiqamətdə bir sıra addımlar atacağını, bunun gələcəkdə müsbət effekt verəcəyinə inamını ifadə edib. O, xüsusilə hakimlərimizin xarici dil biliklərinin artırılmasının vacibliyini önə çəkib, gələcəkdə bu amilə də müstəsna əhəmiyyət veriləcəyini diqqətə çatdırıb. Sonra mütəxəssislərə söz verilib. Onların da iştirakı ilə müzakirələr zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlər dilə gətirilib, rəy və təkliflər verilib. Səmərəli keçən bu cür görüşlərin mütəmadi təşkil olunması qərarı qəbul edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC