Tovuzda həsrət bitdi, ənənə davam edir və 3 rəqiblə haqq-hesab qaldı

“Turan Tovuz” “Səbail”lə ev matçlarında ilkə imza atıb. 

Presssport.az xəbər verir ki, Ayxan Abbasovun komandası Tovuzda bu rəqibə nəhayət, qalib gələ bilib. 

Bu, Premyer Liqanın son turunda - XX turda 3:1 hesabıyla reallaşıb. 

Maraqlıdı ki, “Turan Tovuz”un Premyer Liqada ilk qələbəsi məhz “dənizçilər” üzərində olub. Bu, keçən çempionatda ilk səfər matçında - II turda “ASCO Arena”da 1:0 hesabıyla qazanılıb. Bundan sonra keçirilən 5 qarşılaşmada Ayxan Abbasovun yetirmələri qalib gələ bilmirdi.

O da maraqlıdı ki, adıçəkilən komandalar Tovuzda artıq 4-cü dəfə qarşılaşır və 4 qol ənənəsi davam edir. Belə ki, Tovuz şəhər stadionunda hər 4 matçda qapılardan 4 top keçib. Keçən çempionatda bu, 2:2-lik bərabərlik idisə, bu mövsümdə 3:1 hesablı qələbədi. 

Beləliklə, “Turan Tovuz”un Premyer Liqadakı rəqiblərindən məğlub edə bilmədiklərindən 3-ü qaldı. Bunlar keçən mövsümdə çempionatın qızıl və gümüş medalçıları “Qarabağ”la "Sabah", habelə Azərbaycan kubokunun son qalibi “Qəbələ”di. Yeri gəlmişkən, hazırda son pillədə gedən “qırmızı-qaralar”la görüşlə Tovuzun Premyer Liqaya 9 illik fasilədən sonra dönüşü reallaşıb və ötən çempionatın ilk turunda həmin matçda meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti qeydə alınıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC