İdman jurnalistlərinin komandası Azərbaycan çempionu oldu

“Breyn Rinq” televiziya layihəsinin 22-ci mövsümü yekunlaşıb. 

Presssport.az xəbər verir ki, bilik yarışının qalibi və ölkə çempionu adına “Birbank” komandası layiq görülüb. 

Hər həftənin bazar günü İctimai Televiziyada yayımlanan layihədə 10 şəhər və 7 universiteti, eləcə də sponsorları təmsil edən 20 komanda çempionluq uğrunda yarışıb. 

2023-cü ilin mart ayında start götürən yeni mövsümdə 2 mərhələ oynanılıb. Şərtlərə görə, 1-ci mövsümdə “Bilik” kubokunun, 2-ci mövsümdə isə “Nar” kubokunun sahibi bəlli olub. Ötən gün isə “Bilik” və “Nar” kubokunun qalibi olan 2 komanda Azərbaycan çempionu titulu uğrunda mübarizə aparıb.

Xatırladaq ki, layihədə "Kapital Bank"ı Azərbaycanın məşhur idman şərhçilərindən ibarət “Birbank” komandası təmsil edib. Komandada Gündüz Abbaszadə, Rüstəm Fətəliyev, Süleyman Vəliyev, Şəmsəddin Abbasov, Əhməd Əliyev kimi idman jurnalistləri ilə yanaşı, Bakı Ali Neft Məktəbinin tələbəsi Həsən Abbaslı və "Lerik" PFK-nın əməkdaşı Ramal Ağazadə yer alıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC