Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo turnirində 4 medal qazandı

Belçikanın Vise şəhərində 27-28 yanvarda beynəlxalq Belçika Açıq Cüdo turniri keçirilib. Presssport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan yarışda kişilər arasında 7 çəki dərəsində 12 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirində 1 qızıl və 3 bürünc medal əldə ediblər. Azərbaycan cüdoçuları yarışda medal əyarına görə ümumi hesabda dördüncü yeri tutub.

Kişilər arasında -66 kq. çəkidə İslam Rəhimov qızıl medal, Aydın Rzayev isə bürünc medal əldə ediblər. -73 kq. çəkidə Nəriman Mirzəyev və +100 kq. çəkidə Kənan Nəsibov bürünc medala sahib olub. -60 kq. çəkidə Rövşən Əliyev 5-ci, -100 kq. çəkidə Əjdər Bağırov 7-ci yerdə tamamlayıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC