Sabiq "Spartak"lı Ramiz Məmmədov "Qarabağ"ın uğurlarına sevinir: "Qurbandan danışırıq, deyir ki, halal olsun"

"Spartak"ında çıxışıyla tanınan Ramiz Məmmədov həqiqətən doğma əmoğlumdu. Onunla çoxdan görüşmürəm - mən Almaniyada, o, Rusiyada. Ramizi 7-8 ildi görmürəm. Son dəfə Moskvada görüşmüşük. Amma əlaqəmiz var". Bu fikirləri Presssport.az-a eksklüziv müsahibəsində Azərbaycan milli komandasının sabiq futbolçusu İlham Məmmədov deyib. 20 ildən artıq Almaniyada yaşayan 54 yaşlı veteran futbolçu Moskva "Spartak"ında və Rusiya millisinin sabiq müdafiəçisi olan Ramiz Məmmədovun tarixi Vətəni Azərbaycana münasibətindən danışıb. İ. Məmmədovun sözlərinə görə, yaxın qohumuyla futbolumuzla bağlı söhbətləri düşür: "Ramizlə "Qarabağ"dan, Qurbandan danışırıq. Deyir ki, halal olsun, Azərbaycan futbolu inkişaf edir. İndi internet dövrüdü. Sosial şəbəkələr, "YouTube" var, hər şeyə baxmaq olur. Heç nəyi gizləmək olmaz ki...Ramizlə rusca ünsiyyət qururuq. Azərbaycanca Gürcüstan ləhcəsiylə "gəlerəm, gederəm" - bir-iki söz deyir (gülür). Onun futbol həyatı Azərbaycana bağlı olmasa da, Vətəninə münasibəti əlbəttə, hamımız kimi həmişə yaxşı olub. Ramiz karyerasının son illərində "Şturm"da oynadı. Həmin vaxt Avstriyaya gedərək onunla görüşmüşdüm. İndi Ramiz futbolda deyil, başqa sahədə çalışır". Həmsöhbətimizin sözlərinə görə, həmsoyadını Azərbaycana gətirməyi çox istəyiblər: "Amma bu, baş tutmadı. Hər halda, Ramiz "Spartak"da əsas heyət üzvüydü, artıq Rusiya millisində çıxış edirdi, üzdə olan oyunçu idi. Azərbaycan futbolunda isə həmin dövrdə kasıbçılıq idi. O vaxtkı AFFA prezidenti Fuad Musayev çox istədi ki, Ramizi millimizə gətirsin. Lakin alınmadı". Qeyd edək ki, Ramiz Mehman oğlu Məmmədov 1972-ci ildə Moskvada dünyaya gəlib. O, əslən Borçalı mahalındandı. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC