Vüsal İsgəndərli "Boluspor"da debüt etdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli "Boluspor"da debüt edib. Presssport.az xəbər verir ki, 28 yaşlı hücumçu Türkiyə I Liqasında XVIII turda "Adanaspor"la bugünkü səfər matçında iştirak edib. Start heyətdə meydana daxil olan Vüsal 82-ci dəqiqədə əvəzlənib. Görüş 1:1 hesabı ilə başa çatıb. "Boluspor" 30-cu dəqiqədə hesabı açsa da, bundan 6 dəqiqə sonra qırmızı vərəqə alan futbolçusuna görə oyunun böyük hissəsini azlıqda keçirməli olub Bolulular 23 xalla 9-cu pillədə qərarlaşıb. Xatırladaq ki, İsgəndərli bu ay "Boluspor"la 1,5 illik müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC