Nail Kərimov "Qəbələ"dən getdi

"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb. Presssportaz klubun rəsmi saytına istinadən xəbər verir ki, 2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən “qırmızı-qaralar”da çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

 

Kərimovun akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə komandalarımız dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb. O, baş menecer kimi klubla Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb.

 

"Qəbələ" İK öz istəyilə klubdan ayrılan Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC