​​Şpaqaçılarımız “Cadet Circuit” turnirində çıxış edib

Azərbaycanın yeniyetmə şpaqaçıları Serbiyanın Novi Sad şəhərində keçirilən Avropanın “Cadet Circuit” turnirində çıxış ediblər.

Presssport.az xəbər verir ki, qız və oğlan şpaqaçıların şəxsi yarışında ən yaxşı göstərici 133 iştirakçı arasında 14-cü olan Xədicə Həsənliyə məxsusdur.

Xədicə Həsənli, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xatun Bayramovadan ibarət yığmamız komanda yarışında keçirdiyi ilk görüşdə Bolqarıstanı 45:24 hesabı ilə məğlub edib. Ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Slovakiya yığmasını 45:38 hesabı ilə mübarizədən kənarlaşdıran millimiz yarımfinal uğrunda keçirilən görüşdə Ukraynaya 29:45 hesabı ilə məğlub olub.

Mirxətai Məmmədov, Abbas Səmədli, Emin Səfərbəyov və Vahab Fətullayevdən ibarət milli komanda yarışında 6-cı olub. İlk görüşündə Serbiya üzərində 38:24 hesablı qələbə qazanan yığma Şimali Makedoniya ilə qarşılaşmada 45:41 hesablı qalibiyyət əldə edib. Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ukrayna şpaqaçılarına 38:45 hesabı ilə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC