Ataa Caberin "Neftçi"yə qayıdışı bir müddət çəkəcək

"Neftçi" zədəli futbolçularının son durumunu açıqlayıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın 20-ci turunda “Qəbələ” ilə matçdan əvvəl keçirilən son məşqdə zədələnən xorvatiyalı qolkiper İvan Brkiç müalicə prosesini davam etdirir.

Bir müddətdir zədəli olan fransalı cinah yarımmüdafiəçisi Kilan Lebon fərdi olaraq hazırlaşır.

Asiya Kubokunda Fələstin milli komandası ilə çıxışını başa vuran mərkəz yarımmüdafiəçisi Ataa Caber isə orda bir müddət müalicə keçdikdən sonra Bakıya qayıdacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC