"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda sabah "Qəbələ" ilə qarşılaşacaq "Araz-Naxçıvan" oyunöncəsi son məşqini keçirib. Presssport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təxminən 1 saat davam edən məşqdə zədə və səhhətində yaranmış problemlə əlaqədar bir neçə gündür komandadan ayrı düşən futbolçular - İsmail Azzaui və Orxan Əliyev də iştirak edib. 

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Qəbələ" oyunu yanvarın 31-də, saat 16:00-da "Dalğa Arena"da keçiriləcək. Matç CBC Sport"la canlı yayımlanacaq. Bu komandalar arasında cavab qarşılaşması isə fevralın 9-da Qəbələ şəhər stadionunda baş tutacaq. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC