Qurban Qurbanovun 7:1 şərhi: "Rahatlaşmalı deyilik..."

Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən "Sabah" - "Qarabağ" oyunundan (1:7) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini söyıəyib.

- Futbolçularıma təşəkkür edirəm. Sona qədər dinamikanı saxladılar. Qarşımızda istəkli komanda var idi. Bugünkü oyunda üstünlüyümüz etdiyimiz rotasiyalarda idi. Bundan öncəki matçda dəyişiklik etmişdik və komanda gümrah idi. "Sabah" daha yorğun görünürdü. Rəqib məğlub olmağı sevmir. Hesab 4:0 olanda da irəli atılmışdılar. Çoxlu imkanlar yaratdılar. Bu da onların istəyindən irəli gəlirdi.

- Aleksey İsayev nə üçün sifariş edilməmişdi?

- Klubla razılaşanda belə danışıq olmuşdu ki, kubokda "Sabah"a qarşı oynamasın.

- Çempionatda ən güclü rəqiblərinizdən birinə 7:1 hesabı ilə qalib gəldiniz. Bu, çempionatın səviyyəsini göstərir?

- Xeyr. Mövsüm ərzində istənilən çempionatda belə nəticələr olur. Rahatlaşmalı deyilik, oyunumuzu daha yaxşılaşdırmalıyıq. Hər rəqibə qarşı ciddi yanaşırıq. Çempionatı rahat düşünsək, bizim üçün çətin ola bilər. Belə düşüncəmiz yoxdur.

- Oyunun tempini aşağı salmadınız. Komandanı "Braqa"ya doğru hazırladığınızı demək olar?

- Hər il tempi saxlamaq istəyirik. Bəzən rəqib də səni buna məcbur edir. Açıq futbolda dinamikanı qorumaq olur. Sevindirici haldır ki, futbolçularda istək var, tempi saxlamaq istəyirlər. Ümumən indi sırf çempionat haqda düşünürük. "Braqa" intizamlı, səliqəli, sürətli oynayır. Onlarla oyunda müdafiədə də sürətli olmalı ola bilərik. Hələ ki komandamdan daha yaxşısını istəyirəm. Futbolçuların buna potensialı var.

- Zubir bu gün "10 nömrə" mövqeyində effektiv göründü…

- Zubirdən həmişə "10 nömrə" kimi tələblərim olur. Bu gün də texnikası, ustalığı önə çıxdı.

- Mateus Silvanı bu gün müdafiənin mərkəzində oynatdınız. Onu gələcəkdə bu mövqe üçün düşünürsünüz?

- İnşallah, problem yaranmaz. Bəzi oyunçularda bu potensialı görəndə lazım olanda istifadə edə bilirsən. Silva da onlardan biridir. Onun mərkəz müdafiəçisi kimi oynamağı maraqlı idi. Bir oyunla nəsə demək olmaz. Lazım olanda istifadə edə bilərik. Sanki bu bacarıq onda var. Sağ və sol müdafiəçiləri hücuma daha çox çıxır. Onlar mərkəzdə oynasa, bu istəkləri çətinlik yarada bilər.

  • Adama Diakabi haqda nə düşünürsüz? Tunelin sonunda işıq görürsünüz?

- Onun keyfiyyətinə şübhəmiz yoxdur. Mikro zədələri çox olurdu. Bu, onu geri salırdı. İndi sağlam formada qayıdıb. Həkimlər onunla daim əlaqədə olurdu. Yanvardan sonra hələ ki problemimiz olmayıb və hiss edilir ki, formasını saxlayıb. Tempdə qalsa, inşallah, daha faydalı ola bilər. Yaxşı vaxtlarında futboldan, məşqdən uzaq qalmaq onun üçün çətin idi.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC