"Yüz faiz günahkar mənəm" - Murad Musayev

Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən "Sabah" - "Qarabağ" oyunundan (1:7) sonra meydan sahiblərinin baş məşqçisi Murad Musayev mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, rusiyalı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini söyləyib.

- "Qarabağ" bütün komponentlərdə bizdən üstün idi. Bu gün göstərilən oyuna, məğlubiyyətə görə bəhanə axtarmaq lazım deyil. Günahkar özümüzük.

- Demək olar, bu gün "Qarabağ"a qarşı açıq futbol oynamağınız bu nəticəyə səbəb oldu. Başqa cür oynamağı düşünmədiniz?

- 3 qolu özümüz “hədiyyə” etdik. Ondan sonra artıq fərqin necə olmağının əhəmiyyəti yox idi.

- Nicat Mehbalıyevin 2-ci qola qədər də zədəli olduğu hiss edilirdi. Həkimləri çağıra bilməzdimi?

- Edə bilərdi, amma etmədi. Nə üçün həkimləri çağırmadığını başa düşmürəm.

- Sıx qrafikdəsiniz. Bu nəticə komandaya psixoloji pis təsir etməz?

- 1:7 ağrılı hesabdır. Necə təsir edəcəyini bilmirəm. Amma bunun öhdəsindən gəlməliyik.

- "Sabah" tarixinin ən böyük hesablı məğlubiyyəti oldu. Komandanın bu vəziyyətə düşməsində sizin, rəhbərliyin, futbolçuların nə qədər günahı var?

- Yüz faiz günahkar mənəm. Baş məşqçiyəm, nəticəyə, keyfiyyətə mən cavabdehəm. Bütün məsuliyyət məndədi.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC