Məğlubiyyətin nə olduğunu bilməyən qızlarımız Avropa çempionatının finalında

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin yarımfinal oyunu baş tutub. Presssport.az xəbər verir ki, qızlarımız yarımfinalda Kipr yığması ilə qarşılaşıb. Oyuna fəal başlayan millimiz rəqib üzərində 66:49 hesablı qələbəyə sevinib. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) seçilib. 

Bu qələbə ilə qızlarımız Avropa çempionatının finalına vəsiqə qazanıb Millimizin 28 iyulda baş tutacaq final oyunundakı rəqibi Kosovo-Albaniya görüşünün qalibi olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC