Daha bir basketbol millimiz də Avropa çempionatının finalında - Ermənistanla qarşılaşa bilər

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

Presssport.az xəbər verir ki, Anar Sarıyevin komandası Albaniyanın Elbasan şəhərində keçirilən turnirin yarımfinal mərhələsində meydan sahibləri ilə üz-üzə gəlib.

Rəqibini 62:41 hesabı ilə üstələyən yığmamız finala yüksəlib.

U-18 həlledici görüşdə Lüksemburq - Ermənistan duelinin qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, 18 yaşadək qızlardan ibarət basketbol millimiz də Avropa çempionatının finalıba yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC