Paris-2024: Boksçumuz ikiqat Olimpiya çempionu üzərində qələbəylə start götürdü

Azərbaycanın boks millisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Presssport.az xəbər verir ki, yığma üzvlərindən bu gün Alfonso Dominqes (92 kq) ilk döyüşünə çıxıb.

Dünya çempionumuz 1/8 finalda Xulio Sesar la Krusla (Kuba) üz-üzə gəlib. Dominqes inamlı döyüş sayəsində ikiqat Olimpiya çempionuna 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə qalib gəlib.

Boksçumuz 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Paris-2024-də 5 boksçu ilə təmsil olunur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC