"Turan Tovuz" Miller barədə qərar verdi - RƏSMİ

"Turan Tovuz" futbolçusu Roderik Millerlə müqaviləni uzadıb.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Panama millisinin də üzvü olan 32 yaşlı müdafiəçi 2025-2026-cı illər mövsümünün sonunadək Tovuz təmsilçisində çıxış edəcək. Onun əvvəlki müqaviləsi 2025-ci ilin iyununa qədər idi.

Miller "Turan Tovuz"un heyətində Misli Premyer Liqasında 32 oyun keçirərək 6 qol vurub.

Xatırladaq ki, tovuzlular bu yay Şəhriyar Əliyev,  Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano,  Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev, Eltun Turabov, Denis Marandiçi və Xəyal Nəcəfovla da müqaviləni uzadıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC