"Sumqayıt" "Fehervar"la oyun üçün azarkeşlərə müraciət etdi

"Sumqayıt" Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Fehervar"ın qonağı olacaq.

Presssport.az xəbər verir ki, "kimyaçılar" matçı izləmək istəyən azarkeşlərə müraciət edib:

"Avropada, xüsusilə də Macarıstanda yaşayan həmvətənlilərimizin diqqətinə

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutacaq "Fehervar" - "Sumqayıt" matçını izləmək üçün aşağıda göstərilən linkdən qeydiyyatdan keçin. Qeydiyyatdan keçən azarkeşlər Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən biletlə təmin olunacaq. Diqqətiniz üçün təşəkkür edirik!".

https://forms.gle/GKdKdd5Nn1vwV7Vm7

Xatırladaq ki, "Fehervar" - "Sumqayıt" qarşılaşması 31 iyul tarixində Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC