Almaniya səfiri Hidayət Heydərovu qələbə münasibətilə təbrik edib

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Parisdə keçirilən Yay Olimpiya Oyunlarında azərbaycanlı cüdoçu Hidayət Heydərovu qələbə münasibətilə təbrik edib.

Presssport.az xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Tanınmış idmançı və ən yaxşı nəticələr əldə edən: bir ildə Avropa, Dünya və Olimpiya çempionu. Hörmətlə!”, - paylaşımda vurğulanıb.

Xatırladaq ki, Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabanı üstələməklə, ilk dəfə iştirak etdiyi Olimpiadanın qızıl medalını qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC