Paris-2024: Daha bir cüdoçumuz mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Presssport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançımız 1/16 final mərhələsində Fransa təmsilçisi Umar Alfa Djalo ilə üz-üzə gəlib.

Görüşdə Zelim üstünlüyünün şəraitində keçsə də, rəqib ipponla təmiz qələbə qazanmağı bacarıb. Bununla daha bir cüdoçumzu turnirlə vidalaşıb.

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 4-ü mübarizəni dayandırıb. Hidayət Heydərov isə Olimpiya çempionu adını qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC