"Qəbələ" Küveyt çempionuyla qarşılaşacaq

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” fasilə dövründə ilk yoxlama oyununu keçirəcək.

Presssport.az xəbər verir ki, “qırmızı-qaralar” Küveytin "Əl-Yarmuk" klubu ilə üz-üzə gələcək.

Qəbələdə təlim-məşq toplanışında olan Asiya təmsilçisi ilə matç sabah keçiriləcək. Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Xatırladaq ki, ötən mövsüm Küveyt çempionatının I Liqasının qalibi olan "Əl-Yarmuk" Premyer Liqaya vəsiqə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC