Paris-2024: Yaylagül Ramazanova mübarizəni dayandırıb

Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.

Presssport.az xəbər verir ki, təmsilçimiz 1/32 finalda çinli An Qixuanla görüşərək 6:5 hesabıyla qalib olub.

Bu nəticənin ardından idmançımız 1/16 finala yüksəlib və rəqibi almaniyalı Mişel Kroppen olub. Budəfəki mübarizə Ramazanovanın məğlubiyyəti ilə başa çatıb - 2:6. 

Bununla da kamandan oxatanımız turnirdə mübarizəni dayandırıb.

Xatırladaq ki, Yaylagül sıralama turunda 647 xalla 39-cu yeri tutmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC