Millimizin oyunçusu "Araz-Naxçıvan"a keçib

Ötən mövsüm “Neftçi” İK-nın heyətində çıxış edən futzalçı Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.

Presssport.az xəbər verir ki, 25 yaşlı oyunçu yeni mövsümdə ölkə çempionunun uğurları üçün çalışacaq.

Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.

Onu da bildirək ki, Ülvi Azərbaycan yığmasına məhz "Araz-Naxçıvan"ı da çalışdıran baş məşqçi Vitali Borisovun rəhbərliyi dövründə dəvət alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC