Azərbaycan şahmatçısı İddiaçılar Turnirində iştirak edəcək

Azərbaycan şahmatçısı Nicat Abasov İddiaçılar Turnirində iştirak edəcək. Presssport.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytında açıqlama yayılıb. Maqnus Karlsen FIDE-yə məktub göndərərək, İddiaçılar Turnirinə qatılmayacağını təsdiqləyib. Onun əvəzinə yarışa vəsiqə Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Abasova verilib. Qeyd edək ki, bu ilin aprelində Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçiriləcək. Turnirin qalibi Şahmat Tacı uğrunda görüşdə hazırkı dünya çempionu çinli Din Lirenlə qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC