"Sabah" - "Makkabi" oyununa 6500 bilet satılıb

"Sabah" və İsrailin "Makkabi" (Hayfa) klubları arasında keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Presssport.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Masazırdakı qarşılaşmaya 6500 bilet satılıb.

Biletləri "iticket.az" saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

Xatırladaq ki, "Sabah" - "Makkabi" matçı avqustun 1-də "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC