Hidayət Heydərov Azərbaycan idmançılarının yeni reytinq cədvəlində 1-ci pilləyə yüksəlib

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqust ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Qurumdan Presssport.az-a verilən məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (600 xal) 1-ci pilləyə yüksəlib.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) 2-ci, idman gimnastı Nikita Simonov (430 xal) isə 3-cüdü.

Bədii gimnast Zöhrə Ağamirova (340 xal), cüdoçular Zelim Kotsoyev (330 xal), Rəşid Məmmədəliyev (295 xal), Balabəy Ağayev (290 xal), Elcan Hacıyev (290 xal), Yaşar Nəcəfov (290 xal) və Leyla Əliyeva (280 xal) növbəti sıralarda yer alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC