"Sabah"ın oyununa son 500 bilet

“Sabah” - “Makkabi” oyununa bilet satışları davam edir.

Presssport.az xəbər verir ki, artıq 7500 bilet satılıb

Satışa isə 8000 ədəd bilet çıxarılıb. Beləliklə, satışda cəmi 500 bilet qalıb və “Bank Respublika Arena”da möhtəşəm atmosfer gözlənilir.

"Sabah"ı stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə edə bilər.

Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qəti surətdə qadağan olunur.

Oyuna gecikən tamaşaçılar (oyunun 70-ci dəqiqəsindən sonra) stadiona buraxılmayacaq.

Xatırladaq ki, "Sabah" - "Makkabi" qarşılaşması bu gün saat 20:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC