Paris-2024: Basketbol millimiz üçün uğursuz gün

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarında 2 görüş keçirib.

Presssport.az xəbər verir ki, yığmamız III turda Fransa millisiylə qarşılaşıb və 10:15 hesabı ilə uduzub.

Komandamız 4-cü turda Almaniyaya 8:12 hesabı ilə məğlub olub. Azərbaycan millisi növbəti matçını sabah Avstraliyaya qarşı keçirəcək.

Xatırladaq ki, təmsilçimiz ilk turda Ispaniyaya 16:18 hesabı ilə uduzub. Növbəti qarşılaşmada isə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC