Azərbaycan UEFA reytinqində irəliləyib

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.

Presssport.az xəbər verir ki, bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticələrinə əsasən rəsmiləşib.

Belə ki, 23-cü sıraya yüksələn ölkəmizin hesabında 18,375 əmsal var. 

Son olaraq "Zirə"ylə "Sabah" Konfrans Liqasında uğura imza atıb. "Qartallar" Slovakiyanın "DAC 1904" klubundan güclü olub - 4:0, 2:1. "Sabah" eyni yarışda İsrailin "Makkabi" (Hayfa) klubuna 1 dəfə qalib gəlib, 1 dəfə uduzub - 3:0, 3:6.

"Sumqayıt" isə evdə 162 məğlub olduğu Macarıstan “Fehervar”ıyla səfərdə qolsuz heç-heçə edib.

Bu görüşlə reytinqdə Azərbaycana ümumilikdə 0,625 xal qazandırıb. 24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdə qərarlaşmış Macarıstanın 19,500 xalı var. 

55 ölkənin yer aldığı reytinq siyahısına 89,160 əmsalla İngiltərə başçılıq edir.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının 2-ci raundu çərçivəsində Cəbəllütariq "Linkoln"unu hər 2 görüşdə məğlub edib - 2:0, 5:0.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC