Paris-2024: Bu gün 2 idmançımız və 1 komandamız mübarizə aparacaq

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 8-ci gündü.

Presssport.az xəbər verir ki, bu gün Azərbaycanın 2 idmançısı və 3x3 basketbol millisi mübarizə aparacaq.

Akademik avarçəkmə 

Təmsilçimiz Diana Dımçenko C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq. O, Leçuqa Alenis Kenia (Meksika), Badenhorst Peyc (Cənubi Afrika), Arsik Covana (Serbiya), Konstansek Nina (Sloveniya) və Çuna Tavares Kardoso Beatrizə (Brazilya) qarşı yarışacaq. 

Bu idman növündə yarışlar saat 11:30-da start götürəcək. 

Üzgüçülük

Bu gün Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq. Məryəm 6-cı yarımqrupda mübarizə aparacaq. 

Üzgüçülük yarışları saat 13:00-da başlayacaq.

3x3 basketbol 

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün qrupda son oyununa çıxacaq. Yığmamız VII turda Kanada millisi ilə üz-üzə gələcək. Oyun saat 19:30-da start götürəcək. 

Hazırda Kanada sıralamada 2-ci, Azərbaycan isə 6-cıdı. Bu matç pley-offa vəsiqə qazanmaq baxımından millimiz üçün üçün çox vacibdir. Belə ki, Kanadanı üstələsək, pley-offa adlayacağıq. Məğlubiyyət halında isə 5-ci pillədəki ABŞ-ın 7-ci yerdəki Çini məğlub etməsini gözləməli olacaq. 

Xatırladaq ki, basketbol millimiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub, ABŞ-a 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gəlib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC