Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidi?

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 18-ci pillədə qərarlaşıb.

Presssport.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb.

Medal sıralamasında lider Çindi - 13 qızıl, 9 gümüş, 9 bürünc. Meydan sahibi Fransa 11 qızıl, 12 gümüş, 13 bürünclə 2-ci, Avstraliya isə 11 qızıl, 6 gümüş, 5 bürünclə 3-cü pillədə qərarlaşıb.

Onu da bildirək ki, hələlik 50 ölkə Olimpiadada medal əldə edə bilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC