Paris-2024: 3x3 basketbol millimiz qrupda mübarizəni məğlubiyyətlə bitirdi, pley-offa çıxa bilmədi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qrupdakı sonuncu matçına çıxıb.

Presssport.az xəbər verir ki, yığmamız VII turda Kanada ilə üz-üzə gəlib.

Görüş komandamızın 19:21 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bununla da millimiz qrupda 7-ci olub və pley-offa vəsiqə qazana bilməyib.

Xatırladaq ki, qadın basketbolçularımız daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub, ABŞ-a 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC