Paris-2024: Qələbənin gizli qəhrəmanları

Azərbaycan cüdoçuları Paris Olimpiadasını iki qızıl medalla yekunlaşdırdı.

Presssport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində Hidayət Heydərov, 100 kqda isə Zelim Kotsoyev vətənə Olimpiya çempionu olaraq geri dönürlər.

Bu Azərbaycan cüdoçuları ilə yanaşı, eyni zamanda ölkə idmanının qələbəsidir. Təbii ki, hər qələbənin pərdə arxasında isə böyük əmək, iradə, zəhmət və eyni zamanda sistemli komanda işi dayanır.

İdman ölkəsi olan Azərbaycanda idmançılara dövlət səviyyəsində olan qayğı və diqqət bu komandanın fəaliyyəti üçün ən böyük stimuldur. Hər bir idmançının uğurlu nəticəsi, himnimizin ən ali kürsüdə səslənməsi üçün arxada onlarla mütəxəssislər dayanmadan çalışır. Onların içində elələri var ki, heç zaman, heç yerdə görünmürlər, amma hər bir idmançı ilə ruhən birgə mübarizə meydaçasına çıxırlar. Bu görünməz qəhrəmanlar idmançıların fiziki sağlamlığına cavabdeh olan mütəxəssislərdir. Hər bir idmançının fiziki sağlamlığına, zədələrinin sürətlə və peşəkarcasına aradan qaldırılmasında əvəzsiz rolu olan bu şəxslər komandanın ən vacib üzvləridir.

 2017-ci ildən bu komandanın üzvləri həm də Azərbaycan İdman Akademiyasının Elmi-tədris laboratoriyası və onun peşəkar kollektividir. Belə ki, Azərbaycan İdman Akademiyasının Elmi-tədris laboratoriyası cüdo, badminton, boks, veloidman, voleybol və s. kimi müxtəlif federasiyalarla sıx əməkdaşlıq edərək, idmançıların, milli yığma komanda üzvlərinin fiziki hazırlıqlarının yoxlanılması, mühüm yarışlarda müvəffəqiyyət qazanılması üçün lazımi istiqamətlərdə düzgün məşqlərin tərtib edilməsi və yoxlanılması üçün funksional testlərdən keçirlər. Müxtəlif zədələrin aradan qaldırılması və digər reabilitasiya proseslərində peşəkar həkimləri ilə idmançıların yanında olur.

Bu gün İdman Akademiyasının Elmi-tədris laboratoriyasının reabilitasiya prosesi yüksək ixtisaslı həkimlər, Avstriyanın ComplexCore kompaniyasının fiziki reabilitasiya üzrə üçsəviyyəli proqramının sertifikatına malik olan peşəkar instruktorlar tərəfindən həyata keçirilir.

Yalnızca idman yarışlarının deyil, eyni zamanda Vətən müharibəsinin də gizli qəhramanları olan İdman Akademiyasının Elmi-tədris laboratoriyası kollektivi çoxlu sayda qazilərin reabilitasiya prosesində əvəzsiz nəticələr əldə ediblər. Qazanılan hər bir qələbə isə onları daha əzm və iradə ilə işləmək üçün həvəsləndirir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC