Paris-2024: İdmançımız çəkicatma yarışlarında mübarizəyə başlayıb, finala çıxmaq şanslarını saxlayıb

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan mübarizəyə start verib.

Presssport.az xəbər verir ki, A qrupunda yarışan idmançımız ilk cəhdində 69.58 metr nəticə göstərib.

Anna 2-ci cəhdində isə çəkici 69,04 metr məsafəyə atıb, 3-cü cəhdində 72.55 metr nəticə ilə yadda qalıb. 

Atletimiz bu nəticələrə görə hazırda 3-cü pillədə qərarlaşıb və finala çıxmaq şanslarını saxlayıb. Onun finala vəsiqə qazanıb-qazanmayacağı B qrupundakı nəticələrdən sonra məlum olacaq.

Xatırladaq ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC