Volkov Azərbaycanda mütləq rekordçu oldu

Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk het-triki qeydə alınıb.

Presssport.az xəbər verir ki, bu, I turun “Zirə” – “Səbail” oyununda (4:1) gerçəkləşib. 

Davit Volkov birinci hissədə üç qol vurub. 29 yaşlı gürcüstanlı hücumçu bununla da Azərbaycan çempionatları tarixinə düşüb. Belə ki, Volkov ən çox het-trik edən legioner adına yiyələnib.

“Zirə”də 2-ci dəfə belə uğura imza atan Volkov “Sabah”ın heyətində də 1 het-trik müəllifi olub. Yekunda 3 het-trikə imza atan ilk legioner kimi tarixə düşən Davit bu planda hərəyə 2 dəfə fərqlənən nigeriyalı Əhməd Ticani, moldovalı Anatoli Doroş, özbəkistanlı Bahodir Nasimov və braziliyalı Junivan Suarelə Reynaldo Silvanı arxada qoyub

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC