"Azərreyl" yenidən liderliyi ələ aldı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Presssport.az xəbər verir ki, bu gün UNEC-in idman zalında baş tutan “Azərreyl” - UNEC qarşılaşması 11-ci turun son görüşü olub.

Oyun 3:0 hesabı ilə “Azərreyl”in qələbəsi (25:13, 25:18, 25:7) ilə başa çatıb. 

Beləliklə, xallarının sayını 27-yə çatdıran (9 qələbə) “Azərreyl” yenidən liderliyi ələ alıb. “Murov Az Terminal” 26 xalla (9 qələbə) 2-ci, “Abşeron” 21 xalla (7 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC