"Qarabağ"ın rəqibindən evdə xal itkisi

"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib.

Presssport.az verir ki, Artur Jorjenin komandası 19-cu turda “Çaves”i qəbul edib.

Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Meydan sahiblərinin qolunu Rodriqo Salasar vurub.

“Braqa” bu heç-heçə sayəsində xallarını 37-yə çatdırıb və 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC