Paris-2024: Azərbaycan medal sıralamasında 2 ölkəylə birgə bu pillədə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pillədə qərarlaşıb.

Presssport.az xəbər verir ki, hələlik milli komandamızın aktivində 2 qızıl mükafat var.

Belə ki, cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub, boksçu Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. 

Azərbaycanla birlikdə Filippin və Serbiya da (hər ikisi 2 qızıl) 22-cidi. İlk "üçlük"də ABŞ (21 qızıl, 30 gümüş, 28 bürünc), Çin (21 qızıl, 18 gümüş, 14 bürünc) və Fransa (13 qızıl, 16 gümüş və 19 bürünc) yer alıblar.

Hələlik 73 ölkə medal əldə edə bilib.

Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC