Şahruddinin zədəsinin uzun çəkməsi də mümkündü: "Ola bilər ki, tam razı qalmasaq da, bir qapıçı gətirək”

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin zədəsi yüngül deyil.

Presssport.az xəbər verir ki, bu haqda danışan komandanın baş məşqçisi Qurban Qurbanov yeni qapıçı transferinə də toxunub: “Cavab matçına hazır olacağıni bilmirəm. Çünki sabaha, birigünə tam məlumat gələcək. Müayinənin nəticələrini gözləyirik. Ola bilər daha uzun çəksin. Əvvəl də demişdim ki, bir qapıçı gətirmək aktualdı. Şahruddin zədələnməsə də, bu, beləydi. Çox ciddi danışıqlar, axtarışlar gedir. Amma əldə olunan heç nə yoxdu. Ola bilər ki, tam razı qalmasaq da, bir qapıçı gətirək”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC