Türkiyəli köməkçisi Diniyevə tərif yağdırdı: "Bu cür sponsorların artması Azərbaycan futbolu üçün faydalı olacaq.

"Səbail"də baş məşqçi Şahin Diniyevin türkiyəli köməkçisi olan Sebahettin Tekin öz ölkəsinin mətbuatına açıqlama verib.

Presssport.az xəbər verir ki, ötən ilin yayından “dənizçilər”də çalışan adıçəkilən mütəxəsis Azərbaycanın futbol ölkəsi olmaq yolunda irəlilədiyini və daha da inkişaf edəcəyini düşündüyünü vurğulayıb: "Burda Türkiyəni təmsil etməkdən qürur duyuram. Mövsümə Şahin Diniyevin məşqçilər korpusunda başladım. Yaxşı mövsüm keçiririk və çox xoşbəxtəm. Rəhbərlik, klub işçiləri, futbolçular bir ailə kimi formalaşıb. Açığı, Türkiyədəkindən daha rahatam".
Tekin azərbaycanlı futbolçuların Türkiyə ilə yanaşı, digər ölkələrdə də oynadıqlarını diqqətə çatdırıb: “Məsələn, Renat Dadaşov. Super Liqada yaxşı işlər görür. Millidəki bir çox oyunçu legioner həyatı yaşayır. 10 il əvvəl belə deyildi. Bura gəlişim də bunun sübutlarındadı. Yaxşı futbolçularla yanaşı, məşqçilər də var. Azərbaycan hərtərəfli inkişaf edən ölkədi”.

Türkiyəli mütəxəssisin sözlərinə görə, Diniyevlə işləməkdən zövq alır: "O. komandada rəqabət yaradır, oyunçuları psixoloji olaraq inanılmaz ruhda saxlayır, motivasiya edir. Oyunçu seçimində çox bacarıqlıdı və beynəlxalq təcrübəyə, biliyə sahibdi".
Tekin Azərbaycan və Türkiyə futbolunu belə müqayisə edib: "Azərbaycan futbolu ilə Türkiyə futbolu arasında fərqlər var. Birincisi, komanda, oyunçu sayı və büdcədi. Sponsorlar Azərbaycandakı klubları dəstəkləyir. Məsələn, bizim sponsor ASCO əlindən gələni edir. Bu cür sponsorların artması Azərbaycan futbolu üçün faydalı olacaq. Yerli futbolçularla bağlı klub rəhbərlərinə və məşqçilərə bəzən məsləhətlər verirəm. Burda Türkiyədə işləyə biləcək məşqçilər və futbolçular var".

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC