Paris-2024: Stadnikin mübarizə apardığı çəkidə finala yüksələn idmançı diskvalifikasiya edilib

Hindistanlı qadın güləşçi Vineş Phoqat (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında diskvalifikasiya edilib.

Presssport.az xəbər verir ki, idmançı 100 qram artıq çəkiyə görə cəzalanıb.

O, bu gün finalda ABŞ güləşçisi Sara Hildebrandt ilə qarşılaşmalı idi. Lakin rəqibə qızıl medal veriləcək, bu çəkidə gümüş mükafat isə olmayacaq.

Xatırladaq ki, 50 kq çəkidə Azərbaycan təmsilçisi Mariya Stadnik də çıxış edib. 1/4 final mərhələsində məğlub olan titullu idmançımız yarışı medalsız başa vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC