Paris-2024: Olimpiadanı işıqlandıran media nümayəndələrimizin doğum günləri qeyd olunub

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən Azərbaycan Olimpiya Evində avqustun 7-də bir sıra ölkələrin olimpiya nümayəndə heyətləri və beynəlxalq idman təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib.

Presssport.az xəbər verir ki, artıq ənənə halını almış görüşdə Olimpiya Oyunlarında gümüş medal qazanan taekvondoçumuz Qaşım Maqomedovun uğurlu çıxışı tədbir iştirakçıları tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb.

Tədbirdə həmçinin Olimpiya Oyunlarında idmançılarımızın yarışlarını geniş işıqlandıran Azərbaycan media nümayəndələri - Şəmsəddin Abbasov (CBC TV), Elmir Əliyev (Haqqin.az) və Dilavər Nəcəfovun (AGİN) doğum günləri qeyd olunub. Tədbir iştirakçıları jurnalistləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin bədii hissəsi müğənni Mərdan Kazımovun ifasında konsert proqramı ilə davam edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC