Paris-2024: İlk mübarizəyə başlayan sərbəst güləşçimiz məğlub olub

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Presssport.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançımız 1/8 final mərhələsində özbəkistanlı Qulomjon Abdullayevlə üz-üzə gəlib.

Rzazadə rəqibinə böyük fərqlə məğlub olub - 4:11. 

Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

Xatırladaq ki, Əliabbas kişi sərbəst güləşçilərimizdən ilk mübarizəyə başlayan olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC