Alfonso Dominqesin qalmaqallı paylaşımı: "Ölkəniz üçün etmədiyinizi edirəm, indi özünüzdən soruşun ki..."

Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin sosial media hesabından etdiyi paylaşım müzakirələrə səbəb olub.

Presssport.az xəbər verir ki, Alfonso paylaşımında əcnəbi olsa da, Azərbaycan üçün çox şey etdiyini vurğulayıb: “Bəli, bilirəm ki, mən əcnəbiyəm, amma mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm. Mən əcnəbiyəm, amma mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm. Amma Azərbaycan bayrağını yüksəklərə qaldırmışam, sizin ölkəniz üçün etmədiyinizi edirəm. İndi özünüzdən soruşun ki, ölkəniz üçün nə etmisiniz, heç nə. Tamam, tamam, tamam...”, - o paylaşımında qeyd edib.

İdmançının bu paylaşımı izləyicilər tərəfindən tənqid olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC