Mikayıl Cabbarov bürünc medal qazanmış daha bir güləşçimizi təbrik edib

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanmış Maqomedxan Maqomedovu təbrik edib.

Presssport.az xəbər verir ki, bu barədə AGF prezidenti sosial şəbəkədə yazıb.

“Olimpiya Oyunlarında güləşdə üçüncü və son medalımızı qazandıq. Sərbəst güləşçimiz Maqomedxan Maqomedov (97 kq) böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik”, – o qeyd edib.

Xatırladaq ki, Cabbarov Paris-2024-də bürünc medal qazanan digər güləşçilərimizi - Həsrət Cəfərovla Giorgi Meşvildişvilini də sosial şəbəkə vasitəsilə təbrik edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC