Olimpiya çempionlarımız və mükafatçılarımız Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, Olimpiya çempionları və mükafatçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, həmçinin Şəhidlər Xiyabanı da ziyarət olunub.

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Xatırlkadaq ki, Azərbaycan Paris-2024-ü 7 medalla başa vurub. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC