"Sabah" - "Sent Patriks Atletik" matçına indiyədək 4500 bilet satılıb

Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"ın İrlandiya təmsilçisi "Sent Patriks Atletik"lə cavab qarşılaşmasına indiyədək satılan biletlərin sayı açıqlanıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazırda keçiriləcək görüşə 4500 bilet satılıb.

Komandanın ev oyunlarını keçirdiyi "Bank Respublika Arena" 8700 azarkeş tutumuna malikdi.

Xatırladaq ki, "Sabah" - "Sent Patriks Atletik" matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC