2 klubumuz pley-offa çıxdı, UEFA reytinqində 2 pillə gerilədik

Azərbaycan ötən həftə ilə müqayisədə UEFA reytinqində 2 pillə geriləyib.

Presssport.az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra baş verib.

Belə ki, 26-cı sırada yer alan ölkəmizin əmsalı 18,875-ə bərabərdi.

"Qarabağ" Çempionlar Liqasında Bolqarıstanda əlavə vaxtda (əsas vaxt 3:2) "Ludoqorets"ə qalib gəlib - 7:2.

“Sabah” Konfrans Liqasında Bakıda "Sent Patriks Atletik"ə məğlub olub (0:1), "Zirə" isə "Osiyek"lə heç-heçə edib - 2:2.

"Qarabağ"ın qələbəsi Azərbaycanın aktivinə 0,250, "Zirə"nin heç-heçəsi isə 0,125 əmsal qazandırıb. 25-ci pillədəki Kiprin 18,975, 27-ci yerdəki Bolqarıstanın 18,375 əmsalı var.

Onu da bildirək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

Xatırladaq ki, “Sabah”dan fərqli “Qarabağ”la “Zirə” avrokuboklarda mübarizəni davam etdirərək pley-offun iştirakçısı olacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC