Millimizin qapıçısı "Barselona"da debüt etdi, Deko və Flik izlədi

Azərbaycanın U-21 yığmasının qapıçısı Eldar Tağızadənin formasını geyindiyi “Barselona” B komandası “Korneliya” ilə yoldaşlıq görüşünə çıxıb.

Presssport.az xəbər verir ki, Kataloniya təmsilçisi rəqibini 3:0 məğlub edib.

Yığmamızın üzvü bu matçda “Barsa”nın heyətində debüt edib. Matçın son 30 dəqiqəsində meydana çıxan Tağızadə qapısını toxunulmaz saxlaya bilib.

Onu da bildirək ki, oyunu "Barselona"nın yeni baş məşqçisi Hans-Diter Flik, eləcə də klubun idman direktoru Deku izləyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC