Renat Dadaşovun komandasında 17 yaşlı azərbaycanlı futbolçu debüt etdi

Türkiyə I Liqasında II turun oyunları davam edir.

Presssport.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” "Ərzurumspor"un qonağı olub. 

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Renat matçda 71-ci dəqiqədə meydana daxil olub.

Maraqlıdı ki, bu görüşdə Ankara təmsilçisinin heyətində daha bir azərbaycanlı futbolçu iştirak edib. Belə ki, Həsən Nəzərov 84-cü dəqiqədə oyuna girib. 17 yaşlı yarımmüdafiəçi klubun yetirməsi olaraq eyni zamanda U-17 yığmamızın üzvüdü.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC