Sabiq "Yuventus"lu "Qarabağ"a qarşı oynayacaq?

"Dinamo" Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la ilk matçına ciddi itki ilə çıxa bilər.

Presssport.az xəbər verir ki, Marko Pyatsa komandanın məşqi zamanı ayağından zədə alaraq ölkə çempionatının III turunun "Şibenik"lə matçında (3:0) iştirak etməyib.

Xorvatiya millisinin üzvünün "Qarabağ"la oyuna kimi hazır olacağı gözlənilir. Lakin sabiq "Yuventus"lu olan təcrübəli cinah yarımmüdafiəçisinin start heyətdə meydana çıxacağı real görünmür.

Xatırladaq ki, "Dinamo" - "Qarabağ" qarşılaşması avqustun 20-də Zaqrebdə “Maksimir” stadionunda Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC